...

Dövlət Komitəsinin sədri: "İyunda dünya azərbaycanlı alimlərinin forumu keçiriləcək"

Cəmiyyət Materials 16 Aprel 2007 17:01 (UTC +04:00)
Dövlət Komitəsinin sədri: "İyunda dünya azərbaycanlı alimlərinin forumu keçiriləcək"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ İyunun 2-də Türkiyənin Antalya şəhərində bütün dünyada yaşayan azərbaycanlı alimlərin birinci forumu keçiriləcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açıqlama verib.

Onun sözlərinə görə, forum bir həftə davam edəcək və burada Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdə yaşayan, fəaliyyət göstərən alimlər, ziyalılar iştirak edəcəklər. Toplantıya müxtəlif ölkələrdəki Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri də dəvət olunacaq. Həftə ərzində həmin diaspor təşkilatlarının özlərinin də toplantıları keçiriləcək.

"İyunun 2-dən başlanan diaspor həftəsində Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin toplantısı keçiriləcək. Həmçinin Azərbaycan-türk diasporlarının birgə fəaliyyətinə dair toplantılar, müzakirələr təşkil olunacaq. Ümumilikdə, görüşlər, müzakirələr baxımınan Azərbaycan diasporu üçün məhsuldar bir həftə nəzərdə tutulur" - deyə Dövlət Komitəsinin sədri bildirib.

N.İbrahimov onu da deyib ki, bu ilin sentyabrında Bakıda bütün dünyada yaşayan, işləyən azərbaycanlı jurnalistlərin ilk forumu keçiriləcək.

Xatırladaq ki, ötən ilin iyununda Antalyada Dünya azərbaycanlı ziyalılarının, mədəniyyət xadimlərinin birinci Forumu keçirilmişdi.

Xəbər lenti

Xəbər lenti