Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Azərbaycanın şimal bölgəsində bu ilin birinci rübündə 19 intihar faktı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə bir fakt çoxdur. Bu barədə bazar ertəsi Respublika Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin regional şöbəsindən məlumat verilib.
Məlumata görə, hesabat dövründə Qubada beş, Qusarda beş, Xaçmazda dörd, Dəvəçidə üç, Siyəzəndə iki nəfər intihar edib. İntihar edənlərin 13-ü kişi, 6-sı isə qadındır. İntiharların əksəriyəti özünüasma və küt alətlə xəsarət yetirmə halları ilə bağlı olub. İntihar edənlərin arasında özlərini yandıranlar da var. İntihar hallarının əksəriyyəti ailə münaqişəsi zəminində baş verib.
Ötən ilin müvafiq dövründə şimal bölgəsində 15 kişi, üç qadın olmaqla 18 nəfər intihar edib. Ümumilikdə isə, 2006-cı ildə 56 nəfər özünü qətlə yetirib. Ötən il ən çox intihar faktı Qusarda (18 nəfər) qeydə alınıb.