...

Azərbaycan ərazisindən keçən çaylarda suyun səviyyəsi artıb

Cəmiyyət Materials 18 Aprel 2007 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan ərazisindən keçən çaylarda gursululuq dövrü başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin hidrometroloji proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev çərşənbə günü bildirib ki, gursululuq dövründə (aprel, may, iyun ayları) Azərbaycandan keçən tranzit çaylarda, Kür və Arazın aşağı hissəsində su sızmalarının baş verəcəyi proqnozlaşdırılır. Bu dövrdə anbarlardan suyun buraxılması və eyni zamanda, qarın əriməsi, yağışların intensiv olması suyun səviyyəsinin artmasına səbəb olacaq. Hazırda Kür və Araz çaylarında ümumilikdə suyun səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10-40 sm. aşağıdır.

Verdiyev bildirib ki, xırda çaylar sayılan Lənkəran və Astara rayonlarının ərazilərindəki çaylarda suyun səviyyəsi normadan iki dəfə artıqdır. Balakən və Şəki, Naxçıvan Muxtar Respublikası ərazisindəki çaylarda isə suyun səviyyəsi normadan qismən çoxdur.

Xəbər lenti

Xəbər lenti