...

Fələstin lideri Mahmud Abbas Fransa prezidenti Jak Şirakla görüşüb

Cəmiyyət Materials 18 Aprel 2007 18:08 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Fələstin lideri Mahmud Abbas Fransaya səfəri zamanı bu ayın sonunda prezidentlikdən gedəcək Fransa prezidenti Jak Şirakla görüşüb. Abbas Yelisey Sarayındaki görüşün ardından jurnalistlərə verdiyi açıqlamada ziyarətinin məqsədinin Şirakla görüşmək və ona prezidentliyi dövründə Fələstin xalqına göstərdiyi dəstək üçün təşəkkür etmək olduğunu söyləyib. Fələstin lideri öz açıqlamasında Ramallah şəhərinin bələdiyyə başçısınınn şəhərin mərkəzi küçələrindən birinə Şirakın adının verilməsinə dair qərar verdiyini qeyd edib. Fransa prezidentinin mətbuat katibinin açıqlamasına görə isə, Şirak görüş zamanı fələstinlilərə yardım göndərilməsinin yenidən başlanmasını dəstəklədiyini təkrar edib. Fələstindəki vəziyyətlə də maraqlanan Şirak Qəzzada martən 16-da qaçırılan BBC müxbirinin buraxılması üçün göstərdiyi səylərə görə Mahmud Abbasa təşəkkür edib.

Görüş zamanı Mahmud Abbas Fransada keçiriləcək prezident seçkilərindən sonra prezidentlikdən gedəcək Şirakı Yaxın Şərqdəki vəziyyətlə yaxından taniş olmaq üçün Fələsitinə dəvət edib.

Xəbər lenti

Xəbər lenti