...

Azərbaycanın Müəllif Hüquqları üzrə Dövlət Agentliyi Ermənistanla bağlı Avropa Məhkəməsinə müraciət edəcək

Cəmiyyət Materials 19 Aprel 2007 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ş.Əlizadə/ Azərbaycanın Müəllif Hüquqları üzrə Dövlət Agentliyi Ermənistanın Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Kor ərəbin mahnısı" əsərini özününküləşdirməsinə etiraz olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edəcək. Bu barədə cümə axşamı Müəllif Hüquqları üzrə Dövlət Agentliyinin əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayət Həsənli məlumat verib.

Nəsənli bildirib ki, bu musiqiyə artıq klip də çəkilib. "Kor ərəbin mahnısı" musiqi əsərinin sözlərini Hüseyn Cavid 1914-cü ildə "Şeyx Sənan" əsərində yazıb, Əmirov isə mahnını 1963-cü ildə Müəllif Hüquqları üzrə Dövlət Agentliyində qeydiyyata saldırıb. Həsənli bildirib ki, bununla bağlı Ümumdünya Mülkiyyət Təşkilatına (ÜDM) Azərbaycan tərəfinin rəsmi etirazını göndərib.

Agentliyin rəhbəri əlavə edib ki, bundan əvvəl ermənilər Azərbaycan mədəni irsinin nümunələri olan "Arşın mal alan", "Məşədi İbad" operettalarını, "Koroğlu" operasının müəyyən hissələrini, "Əsli və Kərəm" dastanını, "Məlik Məmməd" nağılını, Azərbaycan folkloru nümunələrini və milli oyun havaları olan "Vağzalı", "Yallı", "Uzun dərə" və "Mirzeyi"ni erməni musiqisi kimi təqdim etməyə çalışıblar. Bundan başqa, Azərbaycan müğənnisi Brilliant Dadaşovanın "Vokaliz" adlı mahnısı, "Sarı gəlin" xalq mahnısı və bəstəkar Aygün Səmədzadənin "Məktəb illəri" mahnısı erməniləşdirilib.

Həsənli bildirib ki, artıq Agentlik plagiatla məşğul olduğuna görə Rusiyada fəaliyyət göstərən və ermənilərə məxsus "Ani-Rekord" adlı səsyazma studiyasının lisenziyasının alınması və fəaliyyətinin dayandırılmasına nail olub.

Xəbər lenti

Xəbər lenti