...

"Atasport" klubunun hokkeyçiləri Vinnitsada təlim keçəcəklər

Cəmiyyət Materials 20 Aprel 2007 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Kişilərdən ibarət "Atasport" klubu bu gün Vinnitsa şəhərinə yola düşür. Burada idmançılarımız mayda Afinada keçiriləcək "Challenger" Çempionlar Kubokuna hazırlıq çərçivəsində təlimlər keçəcəklər.

Trend ə Federasiyadan verilən məlumata görə, komandamız Ukraynada təkcə təlimlər keçirməyəcək. Hokkeyçilərimiz həmçinin bir sıra yoldaşlıq görüşü keçirəcək. Məqsəd avrokubok öncəsi lazımi oyun təcrübəsi əldə etməkdir. Plana əsasən idmançılarımız yerli klublar, habelə Belarus təmsilçilərinə qarşı oyunlarda qüvvələrini sınayacaqlar. Bundan sonra "Atasport" vətənə dönəcək.

Qeyd edək ki, Azərbaycanın kişi hokkeyinin klub təmsilçiləri ilk dəfə Çempionlar Kubokunda iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti