...

AFFA milli yığma üçün baza tikməyi planlaşdırır

Cəmiyyət Materials 21 Aprel 2007 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ AFFA gələcəkdə milli yığma üçün baza tikməyi planlaşdırır.

Assosiasiyanın baş katibi Fuad Əsədovun Trend ə verdiyi məlumata görə, indi müxtəlif yaş qruplarının məşq etdiyi "Şəfa" stadionu bu funksiyanı yerinə yetirir. "Hal-hazırda meydança "İnter" klubunun 15 yaşlılarının icarəsindədir. Amma müqavilədə yığmaların daha məsuliyyətli oyunlara məhz bu kompleksdə hazırlaşmasını nəzərdə tutan xüsusi paraqraf var" - deyə Əsədov qeyd edib.

O həmçinin qeyd edib ki, AFFA-nın hazırda ölkənin birinci komandası üçün ayrıca bir baza tikməyə vəsaiti olmasa da, bu məsələ gündəlikdədir. "Assosiasiya maliyyə cəhətdən möhkəmlənən kimi biz mütləq bu aktual mövzuya qayıdacağıq" - deyə baş katib bildirib.

Xəbər lenti

Xəbər lenti