...

BMT-nin söz azadlığı üzrə xüsusi məruzəçisinin səfərinin proqramı açıqlanıb

Cəmiyyət Materials 23 Aprel 2007 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ BMT-nin fikir və söz azadlığının müdafiəsi və təşviqi Şurasının xüsusi məruzəçisi Ambeyi Liqabonun səfərinin proqramı açıqlanıb. BMT-in Bakı ofisindən verilən məlumata görə, çərşənbə axşamı Azərbaycana rəsmi səfər edəcək Liqabo ombudsman Elmira Süleymanova, ədliyyə naziri Fikrət Məmmədov və digər rəsmi şəxslərlə görüşlər keçirəcək. BMT təmsilçisinin həmçinin söz azadlığı sahəsində çalışan qeyri-hökumət təşkilatları rəhbərləri, habelə KİV nümayəndələri ilə görüşləri nəzərdə tutulur.

Liqabonun səfərinin məqsədi "İnsan haqlarına dair ümumi deklarasiya", habelə "Vətəndaş və siyasi hüquqlara dair beynəlxalq pakt" adlı sənədlərdə əksini tapmış Azərbaycandakı fikir və söz azadlığının təminatı ilə bağlı vəziyyətin qiymətləndirilməsidir. BMT-nin xüsusi məruzəçisi Azərbaycana səfərinin yekunlarına dair hazırlayacağı hesabatı BMT Şurasına təqdim edəcək.

Liqabo həmçinin bu həftə Bakıda keçiriləcək "Qarşılıqlı anlaşma və dözümlüyün inkişafında KİV-lərin rolu" beynəlxalq konfransda iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti