...

Hüquq müdafiəçisi: "Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə ayrıca məruzəçi təyin etməsinə ehtiyac yoxdur"

Cəmiyyət Materials 23 Aprel 2007 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupu hesab edir ki, hazırda Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə ayrıca məruzəçi təyin etməsinə ehtiyac yoxdur. Bu barədə bazar ertəsi Bakıda Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə məlumat verib.

O qeyd edib ki, siyasi məhbusların işi üzrə hökumət, parlament və hüquq-müdafiə təşkilatlarının nümayəndələrindən ibarət İşçi Qrup fəaliyyət göstərir: "İşçi Qrup fəaliyyət göstərdiyinə görə Avropa Şurasının siyasi məhbus üzrə ayrıcı məruzəçi təyin etməsinə ehtiyac yoxdur. Biz hesab edirik ki, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında qəbul edilən qərarlardan sonra İşçi Qrupun işində irəliləyiş olacaq. Əgər bu baş verməsə, yenidən ayrıca məruzəçi məsələsinə qayıtmaq olar".

Hüquq müdafiəçisi qeyd edib ki, İşçi Qrupun son iclası gərgin keçib. Artıq rəsmi orqanlar İşçi Qrupun qaldırdığı məsələlərə ciddi yanaşırlar: "AŞPA-nın yaz sessiyasına getməmişdən əvvəl ilk dəfə olaraq baş prokuror Zakir Qaralovla görüşümüz oldu. Hazırda konkret şəxslərin işi üzrə araşdırmalar aparılır".

Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunda hüquq müdafiəçiləri Çingiz Qənizadə, Novella Cəfəroğlu, Arzu Abdullayeva, Səadət Bənənyarlı və Səidə Qocamanlı təmsil olunur.

Xəbər lenti

Xəbər lenti