...

Alman şirkəti məktəblərimizlə əməkdaşlıq etmək istəyir

Cəmiyyət Materials 24 Aprel 2007 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /müx. "TrendLife" F.Sadıxov

Almaniyanın "FUJİTSU Siemens" kompüter şirkəti Azərbaycanın orta məktəblərinin kompüterləşdirilməsi prosesində iştirak etmək istəyir. Şirkətin regional meneceri Gennadi Gerasimov belə bir təkliflə Təhsil Nazirliyinə müraciət edib. "FUJİTSU Siemens" Bakıdakı hər hansı orta məktəbin bir sinfini şirkətin istehsal etdiyi müasir təlim texnologiyaları ilə təmin etməyi də öz öhdəsinə götürüb.

Şirkət təhsil naziri Misir Mərdanovu və azərbaycanlı mütəxəssisləri Almaniyaya dəvət edib. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "FUJİTSU Siemens" şirkəti azərbaycanlı müəllimlər üçün treninqlər keçirmək, təhsil müəssisələri ilə əlaqədar xüsusi proqramlar hazırlamaq təklfilə də çıxış edib.

Xəbər lenti

Xəbər lenti