...

Parlamentin komissiya sədri: "Eynulla Fətullayev siyasi məhbus deyil"

Cəmiyyət Materials 24 Aprel 2007 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ "Gündəlik Azərbaycan" və "Realnıy Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev siyasi məhbus deyil. Bu barədə çərşənbə axşamı Milli Məclisdə keçirilən mətbuat konfransında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Əli Hüseynov deyib.

Hüseynov deyib ki, Avropa Şurası hakimiyyət orqanı ilə mübahisənin nəticəsi olaraq jurnalistlərin həbs edilməsindən narahat ola bilər: "Eynulla Fətullayevə qarşı iddianı isə Xocalı sakinləri qaldırıb və məhkəmə onun haqqında qərar qəbul edib. Avropa Şurasının indiki yanaşma tərzini rəhbər tutsaq belə, Eynulla Fətullayev siyasi məhbus hesab oluna bilməz."

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə jurnalistin həbsinə münasibət bildirərkən deyib ki, heç kim kiminsə həbsdə olmasını istəməz: "Amma hamı qanun qarşısında bərabərdir. Hər bir kəs qanun və Azərbaycanın imici qarşısında öz məsuliyyətini dərk etməlidir."

Xəbər lenti

Xəbər lenti