...

Azərbaycanın səhiyyə naziri Ümumdünya Səhiyyə Assambleyasında iştirak edəcək

Cəmiyyət Materials 26 Aprel 2007 18:04 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Assambleyasının (ÜSA) 60-cı sessiyasında iştirak edəcək. Sessiya 14-23 may tarixdə Cenevrədə keçiriləcək. Bu barədə cümə axşamı Azərbaycanın Səhiyyə Nazirliyindən məlumat verilib.

Şirəliyev ÜSA-nın icra komitəsinin vitse-prezidentidir.

Assambleyanın əsas funksiyası təşkilatın fəaliyyətinin ümumi siyasi istiqamətlərinin müəyyən edilməsidir.

Bundan əlavə, bu il aşağıdakı məsələlər müzakirə olunacaq: poliomelit, vərəmin aradan qaldırılması, səhiyyə sistemləri və fövqəladə hallarda yardımın göstərilməsi sistemi, ağız boşluğunun gigiyenası, gender strategiyası, həmçinin quş və pandemiya qripi. Səhiyyə Assambleyası ÜSA-nın icra komitəsi tərəfindən yanvarda sessiyanın son iclasında qəbul olunmuş bu məsələlər üzrə qətnamələri nəzərdən keçirəcək.

Qeyd edək ki, ÜSA-nın icra komitəsinin 120-ci sessiyasında Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva "Ana, körpə və ailə sağlamlığının qorunması və möhkəmləndiriliməsindəki müstəsna xidmətlərinə görə" yekdilliklə ÜSA-nın mükafatına layiq görülüb. M.Əliyevaya mükafatın Ümumdünya Səhiyyə Assambleyasında təqdim olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti