...

Avropa Gimnastika İttifaqının nümayəndə heyəti Bakıya gəlib

Cəmiyyət Materials 27 Aprel 2007 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Avropa İttifaqının Texniki Komitəsinin (UEG) prezidenti Xayde Brunederin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib. Gimnastika Federasiyasından Trend ə verilən məlumata görə, UEG texniki komitəsi ilkin olaraq yayda Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının yekun proqramını, turnirin açılışı və bağlanması mərasimlərini təsdiq edəcək. Səhərisi gün (aprelin 29-da) isə birinciliyin püşkü atılacaq. Burada bütün turnir iştirakçıları, qrup komandaları daxil olmaqla sıra nömrələri alacaqlar. Püşkatma 2005-ci ildə Moskvada keçirilən Avropa çempionatında yığmaların göstərdiyi nəticələr əsasında baş tutacaq.

Xatırladaq ki, Bakıda səfərdə olan Bruneder bu mötəbər yarışa hazırlıq işlərinin gedişatı ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti