...

Azərbaycanda termal su yataqlarından istifadə oluna bilər

Cəmiyyət Materials 1 May 2007 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /korr.TrendLife Fərid Sadıxov/ Yer kürəsinin 5-10 km dərinliyində axan qaynar geotermal sular yerin üstünə buxar və ya qeyzerlər şəklində çıxır ki, bundan da istilik enerjisi kimi evlərin və istixanaların birbaşa qızdırılması üçün istifadə oluna bilər. Hazırda İtaliya, Yeni Zenlandiya, Yaponiya, Filippin, Finlandiya, Fransa, Belçika, Almaniya və ABŞ-da istilik enerjisinin alınması üçün geotermal sulardan istifadə olunur. İslandiyanın paytaxtı Reykyavik şəhəri isə bütünlüklə belə sular vasitəsilə qızdırılır. Çünki İslandiya termal suların əsas məkanıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Azərbaycanda da yüksək temperatura malik böyük termal su yataqları mövcuddur. Nazirliyin mütəxəssisləri ölkəmizdəki temperaturu 35-10000 C arasında olan termal suların istifadə istiqamətləri və texniki-iqtisadi göstəricilərini öyrəniblər. Qeyd edək ki, Azərbaycanda belə yataqlar Böyük Qafqaz, Abşeron yarımadası, Şamaxı-Qobustan, Naxçıvan, Xəzəryanı, Quba, Lənkəran-Masallı zonaları, Kür-Araz ovalığındadır.

Mütəxəssislərin fikrincə, ölkəmizdə geotermal sulardan həm məişətdə, həm də yaşayış məntəqələrinin istilik təchizatında, istixana təsərrüfatlarının qızdırılmasında istifadə oluna bilər. Bunun üçün ayrıca proqramın hazırlanacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti