...

Hüquq müdafiəçisi həbsdə olan sabiq nazir Əli İnsanovla görüşüb

Cəmiyyət Materials 3 May 2007 18:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov cümə axşamı həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovla görüşüb. Bu barədə Elçin Behbudov məlumat verib.

Onun sözlərinə görə, sabiq nazir İnsanov saxlandığı təcridxanadan xəstəxanaya köçürülməsini xahiş edib: "Əli İnsanovun onurğasında yırtıq var və bu, ona əziyyət verir. Təzyiqi də yüksəkdir. Ona grə də İnsanov Böyük Şor qəsəbəsindəki müalicə müəssisəsinə köçürülmək, orada müalicə olunmaq istəyir. Hazırda saxlandığı kamerada da problem var. İstintaq təcridxanasının rəisindən xahiş etdim ki, İnsanovun kamerasını dəyişdirsinlər. Söz verdilər ki, bu məsələni həll edəcəklər" - deyə Behbudov məlumat verib.

Behbudov sabiq nazirin xəstəxanaya yerləşdirilməsi ilə bağlı xahişini yerinə yetirəcəyini, cümə günü bununla əlaqədar Ədliyyə Nazirliyinə müraciət edəcəyini də bildirdi.

Xəbər lenti

Xəbər lenti