...

Azərbaycanda daha iki jurnalist həbs olundu

Cəmiyyət Materials 4 May 2007 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Səbayel rayon məhkəməsində hakim Yusif Kərimovun sədrliyi ilə "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlu və yazarı Rafiq Tağının məhkəmə prosesi yekunlaşıb. Cümə günü məhkəmədən bildirilib ki, məhkəmənin hökmü ilə Sədaqətoğlu 4, Rafiq Tağı isə 3 il azadlıqdan məhrum edilib.

Prokuror isə Sədaqətoğlunun 5, Rafiq Tağının isə 4 il azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş etmişdi.

Samir Sədaqətoğlu və Rafiq Tağı Cinayət Məcəlləsinin 283-cü maddəsi (irqi, milli və dini nifrət və düşmənçiliyin salınması) ilə təqsirləndirilərək ötən ilin noyabrında həbs ediliblər.

Onlar "Avropa və biz" məqaləsində islam dini və Məhəmməd peyğəmbər haqqında bəzi təhqiredici fikirlər səsləndirməkdə günahlandırılırlar.

Xəbər lenti

Xəbər lenti