...

"Tələbə baharı" mayın sonunda açılacaq

Cəmiyyət Materials 4 May 2007 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may / mx.Trendlife Rəna Şirəliyeva/May ayının sonunda Bakıda "Tələbə baharı" adlı birincii yaradıcı festival keçiriləcək. Trendlife-ın verdiyi məlumata görə, festivalın təşkilatçısı Gənclər və idman Nazirliyidir. May ayının 28 və 30-da Ş.Qurbanov adına Dövlət Musiqili Komediya Teatrında seçim mərhələsi olacaq. 31 mayda isə iştirakçılardan və finalçılardan ibarət qala-konsert təşkil olunacaq.

Birinci tələbə festivalı bir neçə sferada keçiriləcək: mahnı, rəqs, teatr, moda, poeziya və s. Onlar hərəsi öz-özlüyündə də ayrılacaqlar. Məsələn, mahnı aləminə pop musiqisi, folklor, musiqi alətlərində ifa, müəllif mahnıları, caz musiqisi, klassik musiqi daxildir. Rəqslərə milli rəqslər, bal rəqsləri, müasir rəqslər daxil edilib. Özlərini teatr sahəsində görmək istəyənlər isə miniatür, dram, pantomim və ya parodiya ilə çıxış edə bilərlər. Müsabiqədə arzu edən hər bir sahə üzrə tələbələr iştirak edə bilərələr.

Xəbər lenti

Xəbər lenti