...

Azərbaycanın bodibildinq üzrə yığmasında dəyişikliklər baş verib

Cəmiyyət Materials 5 May 2007 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Bu gün İdman Sarayında start veriləcək bodibildinq və bodifitnes üzrə Avropa çempionatı öncəsi Azərbaycan yığmasında dəyişikliklər baş verib.

Ölkə birinciliyinin qalibi Fərhad Quliyevin Trend ə verdiyi məlumata görə, çəki ilə əlaqədər o, bodifitnes kateqoriyası üzrə proqramda çıxış edə bilməyəcək. Bunun əvəzində idmançı səhnəyə 70 kq-dək çəki dərəcəsində bodibildinq üzrə proqramda Yalçın Məmmədovla birgə çıxış etməli olacaq.

Liderlərdən biri olan Vüqar Verdiyevlə isə eyni çəki dərəcəsində rusiyalı Aleksandr Kotsoyev çıxış edəcək. Güman olunur ki, medallar uğrunda əsas mübarizə məhz bu idmançılar arasında gedəcək.

Qeyd edək ki, yığmamız komanda hesabına görə ilk üçlüyə iddialıdır.

Xəbər lenti

Xəbər lenti