...

Azərbaycan Vəkillər Kollegiyasına keçirilmiş imtahanlarda uğur qazanmış namizədlərin bir qrupu ilə müsahibə yekunlaşıb

Cəmiyyət Materials 7 May 2007 11:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Azərbaycan Vəkillər Kollegiyasına keçirilmiş imtahanlarda uğur qazanmış namizədlərin bir qrupu ilə müsahibə yekunlaşıb.Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov bazar ertəsi Trend ə bildirib ki, mayın 4-də Naxçıvanda 9 namizədlə keçirilmiş müsahibənin nəticələri artıq məlumdur. Belə ki, müsabiqənin ikinci mərhələsində 8 namizəd uğur qazanıb. Sədr müavininin sözlərinə görə, mayın 8-dən etibarən Bakıda digər namizədlərlə müsahibə başlayacaq.

Martın 4-də vəkil olmaq üçün imtahan vermiş 441 namizəddən 299-u 50 və daha artıq bal toplayaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Müsahibə Komissiyası 11 nəfərdən təşkil olunub. Komissiya üzvlərinin 5-i vəkillərdən, 3-ü alimlərdən, 3-ü isə hakimlərdən ibarətdir.

Azərbaycan Vəlillər Kollegiyasının 540 üzvü var. Azərbaycan vəkillərin sayına görə Avropa ölkələri sırasında sonuncu yerlərdən birini tutur.

Xəbər lenti

Xəbər lenti