...

Rəqsanə gəlir mənbəyini gizlətmir

Cəmiyyət Materials 7 May 2007 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /müx. "TrendLife" V.Vüqarlı/

Xəbər verdiyimiz kimi, tanınmış müğənni Rəqsanənin gəlir mənbəyi tək toylar deyil, həm də başqa yerdən gəliri var. Lakin müğənni gəlir yeri barədə bir söz deməkdən imtina etmişdi. Biz ona belə bir sualla müraciət etdik: "Gəlirləriniz haqda Vergilər Nazirliyində məlumat varmı?"

"TrendLife"a Rəqsanənin verdiyi məlumata görə, o nəinki öz biznesinə görə, hətta getdiyi toylara görə də vergi ödəyir. O, ümumiyyətlə heç nədən çəkinmədiyini bildirib və deyib ki, gəlir mənbəyinin haradan olmasını da gizlətmir. Belə ki, o, qanun qarşısında necə deyərlər, "Aydan arı, sudan durudur".

Xəbər lenti

Xəbər lenti