...

Strasburqda Azərbaycan və türk təşkilatlarının birgə görüşü keçirilib

Cəmiyyət Materials 7 May 2007 14:31 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Fransanın Strasburq şəhərində fəaliyyət göstərən Azərbaycan və türk təşkilatlarının birgə görüşü keçirilib. Azərbaycanın Avropa Şurası yanındaki daimi nümayəndəliyinin binasında keçirilən görüşdə Azərbaycan Evi, Fransadaki Azərbaycanlı Tələbələr Assosasiyası(FATA), Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) Strasburq şöbəsi, COJEP, Dialog, ANKA dərnəyi, habelə, daimi nümayəndəliyin rəhbəri Arif Məmmədov, azərbaycanlı millət vəkilləri Qənirə Paşayeva və Gülər Əhmədova, DAK-ın sədr müavini Xəzər Emin, o cümlədən İlhamə Quliyeva və Niyaməddin Musayev, media nümayəndələri iştirak ediblər.

Görüşü açan səfir Məmmədov, bu cür iclasların mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb. İlk dəfə keçirilən bu görüşün xüsusi əhəmiyyət daşıdığını bildirən səfir, gələcək fəaliyyətlərdə də iki qardaş dövlətin birgə addım atmasının güclü təsir yaradacağını bildirib.

Daha sonra çıxış edən millət vəkili Paşayeva, ermənilərin Fransada güclü lobbiləri olduğuna toxunub. Görüş zamanı erməni diasporuna qarşı birgə fəaliyyətin zərurət olduğunu qeyd edən millət vəkili, Fransadaki türkdilli ölkələrin təşkilatlarının Koordinasiya Şurasının yaradılmasını təklif edib.

İclas zamanı digər təşkilat nümayəndələri də fikir bildirib, müzakirələrin aparılmasının əhəmiyyətinə toxunub. Tədbir daha sonra xüsusi görüşlər şəklində davam edib, media mənsublarının suallarına cavab verilib.

Xəbər lenti

Xəbər lenti