...

Belarus və Azərbaycan səhiyyə sahəsində qarşılıqlı gəlirli əməkdaşlıq yaradır

Cəmiyyət Materials 7 May 2007 19:06 (UTC +04:00)

Belarus,Minsk/ Trend /Belarus və Azərbaycan səhiyyə sahəsində sıx qarşılıqlı əməkdaşlıq yarartmaq niyyətindədir. "BELTA" müxbirinə Belarusun Səhiyyə Nazirliyinin xarici əlaqələr şöbəsinin rəisi Eduard Qlazkovun bildirdiyinə görə, səhiyyə və tibbi elmlər sahəsində əməkdaşlıq haqqında Belarus-Azərbaycan sazişinin layihəsi hazırlanıb. Sənəd hazırda Azərbaycan tərəfindən baxılır.

Müsahibin sözlərinə görə, bu layihə tibb sahəsində münasibətlərinin inkişafı üçün iki ölkənin niyyətlərinin əks olunduğu çərçivə sənədidir.

Eduard Qlazkov həmçinin məlumat veirb ki, mayın sonunda Səhiyyə Nazirliyinin nümayəndələri İrana səfər etməyi planlaşdırır. Səfər çərçivəsində mütəxəssislər səhiyyə sahəsində Belarus-İran əməkdaşlğının mümkün istiaqəmtlərini müzakirə etmək niyyətindədir.

Bununla yanaşı, mayın ortasında Səhiyyə üzrə Ümumdünya Assambleyasının növbəti sessiyası keçiriləcək. Sessiyada Belarusun səhiyyə naziri Vasili Jarkonun iştirakı planlaşdırılır. "Nazir bir sıra görüşlər, həmçinin Rusiya, Azərbaycan, İran və Çin nümayəndələri ilə görüşlər keçirmək niyyətindədir. Görüşlərdə tibb sahəsində qarşılıqlı münasibət məsələləri müzakirə olunacaq", deyə Eduard Qlazkov əlavə edib.

Xəbər lenti

Xəbər lenti