...

Azərbaycanın Ağstafa rayonunda yeni meşə zolağı salınacaq

Cəmiyyət Materials 8 May 2007 14:33 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Azərbaycanın Ağstafa rayonunda yerləşən Tuqay meşəsinin qırılmasının qarşısını almaq üçün ABŞ-ın Kolarado Universitetinin maliyyə dəstəyi ilə bir hektarlıq ərazini əhatə edəcək yeni meşə zolağı salınacaq. Bu barədə çərşənbə axşamı Gəncə Aqrar Məsləhət Mərkəzinin direktor müavini Arif Cahangirov məlumat verib. Onun sözlrəinə görə, gələn aydan başlanılacaq yeni meşəsalma zamanı səkkiz min ağac əkiləcək. Layihə üçün təxminən 200 min manat vəsait ayrılıb.

Amerikanın Kolarado Universitetinin mütəxəssisləri 2006-cı ildə Gəncədə səfərdə olaraq regionlarda mövcüd problemlər barədə məlumat əldə ediblər.

Azərbaycanın Ağstafa rayonu paytaxt Bakıdan 460 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti