...

Çikaqo Olimpiada-2016-nın qəbulu uğrunda mübarizədə Bakının rəqibi olacaq

Cəmiyyət Materials 10 May 2007 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Çikaqo şəhəri Olimpiada-2016-nın qəbulu uğrunda mübarizədə Bakının əsas rəqibi ola bilər.

Trend in ABŞ KİV-lərinə istinadən yaydığı məlumata əsasən Birləşmiş Ştatlar Olimpiadanın təşkili üçün eyni zamanda iki şəhərin namizədliyini irəli sürüb. Lakin ABŞ-ın Milli Olimpiya Komitəsi Los-Anceleslə Çikaqo arasında seçim edərkən sonuncuya üstünlük verib. Təşkilat Komitəsinin rəhbəri Patrik Rayan qeyd edib ki, ABŞ-ın Milli Olimpiya Komitəsi Olimpiada-2016-nın qəbulu uğrunda mübarizədə Çikaqoya kömək edəcək.

Növbəti mərhələ isə Çikaqonun beynəlxalq arenadakı mövqelərinin möhkəmləndirilməsindən ibarət olacaq. Rayan hesab edir ki, nəticə etibarilə bu, Beynəlxalq Olimpiya Komitəsi (BOK) üzvlərinin səsini qazanmağa imkan verəcək.

Qeyd edək ki, Olimpiadanı qəbul etmək üçün həmçinin Madrid, Praqa, Roma, Rio-de-Janeyro və Tokio mübarizə aparacaq. BOK qalibin adını 2009-cu ildə elan edəcək.

Xəbər lenti

Xəbər lenti