...

Bu gün "Yaşıl teatr"ın açılacağı gözlənilir

Cəmiyyət Materials 10 May 2007 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /müx.Trendlife Eldar Hüseynzadə/Neçə illər "Çox zülüm çəkmiş" "Yaşıl teatr", nəhayət ki, bu gün yeni həyata qədəm qoyacaq. Trendlife-ın verdiyi məlumata görə, bu gün saat 20:00 -da Bakı şəhər İcra Hakimiyyəti teatrın təntənəli açılışını həyata keçirəcək.

Xatırladaq ki, 2005-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə "Yaşıl teatr"ın yenidənqurulmasına başlanıb. Onun ümumi sahəsi əvvəlkinə nisbətən artırılacaq. Yenidənqurmaya 1mln manat vəsait xərclənib. Açılışda gözəl konsert gözlənilir. Afaq Məlikovanın rəhbərliyi ilə dövlət rəqs ansamblı və estarada ulduzlarımız təbdirdə iştirak edəcəklər. Tədbirdə Prezident İlham Əliyevin də iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti