...

AŞ-nin xüsusi nümayəndəsi Azərbaycanı söz azadlığına daha çox diqqət ayırmağa çağırır

Cəmiyyət Materials 11 May 2007 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ Avropa Şurasının Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia cümə günü Trend ə müsahibəsində bildirib ki, Azərbaycanda seçkilər öncəsi söz azadlığı əsas məsələ olmalıdır və buna daha çox diqqət yetirilməlidir.

O qeyd edib ki, Azərbaycanda məhkəmə çəkişmələri tendensiyası yaranıb və bu, jurnalistlərin fikirlərini ifadə etmələrinə təsir göstərir. Avropa Şurası baş katibinin bu yaxınlarda Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı bəyanat verdiyini xatırladan Bribosia qeyd edib ki, mövcud durum onun da xoşuna gəlmir.

Bribosianın sözlərinə görə, beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası Azərbaycanda insanların intellektə malik olduğunu, mətbuat və söz azadlığı anlayışlarını dərk etdiklərini, eləcə də dialoq və fikir mübadiləsi aparmaq iqtidarında olduqlarına dair bəyanat verib. Vətəndaşlar eyni zamanda insan haqları üzrə məhkəməyə üz tutmadan hər hansı çətinlikləri həll edə bilirlər.

Xəbər lenti

Xəbər lenti