...

Azərbaycan boksçuları Yunanıstanda keçiriləcək dünya çempionatına qatılırlar

Cəmiyyət Materials 11 May 2007 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /müx.Trendlife Vüqar Vüqarlı/Mayın 16-da Azərbaycanın milli boksçuları Yunanıstanın Koldi-Diki şəhərində start götürəcək boks üzrə "World profi" dünya çempionatında iştirak edəcəklər. Komandanın baş məşqisi Çingiz Eyvazovdur. Həmin bu tərkibə Eduard Məmmədov (60 kq) , Elman Mirzəyev (67 kq), Araz Musayev (72 kq), Eldar Qazıbəyov (82 kq), Vüqar Qasımov (88 kq), Elman Qazıbəyov (88 kq) daxildir.

Onu da qeyd edək ki, belə tipli kiqboksinq turnirləri WAKO versiyası ilə keçirilən yarışlardan aşağıdır. Əlavə edək ki, WAKO versiyası ilə keçirilən çempionat bu ilin payızında Belqrad şəhərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti