...

Azərbaycan İşgəncələrə Qarşı Komitənin sədri həbsdə olan sabiq səhiyyə naziri və baş redaktorlarla görüşüb

Cəmiyyət Materials 12 May 2007 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Azərbaycan İşgəncələrə Qarşı Komitənin sədri Elçin Behbudov bu gün 1 saylı Bayıl İstintaq Təcridxanasında sabiq səhiyyə naziri Əli İnsanov, "Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru Eynulla Fətullayev, "Sənət qəzeti"nin baş redaktoru Samir Sədaqətoğlu ilə görüşüb. Bu barədə şənbə günü Behbudov özü məlumat verib.

Onun sözlərinə görə, Fətullayev təcridxanada qəzetlərin verilməməsi, həkim müayinəsindən keçirilməməsi və yerləşdirildiyi kamerasının pis vəziyyətindən şikayətlənib.

Behbudov bildirib ki, sabiq səhiyyə naziri də mətbuatla tanış olmaq üçün qəzetlərin verilməməsi, həkim müayinəsindən keçsə də, müalicə olunmaması və bel ağrılarından əziyyət çəkdiyini deyib.

"Sənət qəzeti"nin baş redaktoru isə özünü müqəssir hesab etmədiyini söyləyib.

Behbudov bildirib ki, şikayətlərlə bağlı Ədliyyə Nazirliyinə müraciət edəcək.

Xəbər lenti

Xəbər lenti