...

Tərtər rayon təhsil şöbəsinin sabiq müdirinə hökm oxunub

Cəmiyyət Materials 14 May 2007 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə Tərtər rayon təhsil şöbəsinin sabiq müdiri Fazil Museyibova hökm oxunub. Hakim Paşayev bazar ertəsi bildirib ki, Museyibova məhkəmənin hökmü ilə 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Museyibov dövlət büdcəsindən təhsil şöbəsinə ayrılmış pul vəsaitini mənimsəməkdə və Tərtər rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevə külli miqdarda rüşvət təklif etməkdə təqsirli bilinir.

İstintaq materiallarına görə, Museyibov bu cinayətdə Tərtər 9 saylı rayonlararası Təmir Tikinti Quraşdırma İdarəsinin rəisi Nizami Səfərovla əlbir olub. Hər iki şəxs 2003-cü ilin mart ayında təhsil şöbəsinə iki ədəd yazı makinasının və digər materialların alınması barədə saxta sənədlər tərtib edərək 5 milyon 120 min manat (köhnə manatla) mənimsəyiblər. Həmin ilin avqustunda təhsil şöbəsinə guya 1030 kiloqram cəkidə təbaşirin alınmasına dair saxta sənədlər tərtib edərək bu məqsədlə ayrılmış 11 milyon manata yaxın pulu mənimsəyiblər.

Məhkəmədə ifadə verən Museyibov ittihamları qəbul etməyib. O, ifadəsində göstərib ki, onun tərəfindən mənimsənildiyi göstərilən məbləğə 2003-cü ilin mart ayında iki ədəd elektriklə işləyən "Yatran" və "Robotron" markalı yazı makinaları alınıb. Həmin makinalar Bakıda yaşayan şəxsi tanışından və sənədsiz alındığı ücün onların təhsil şöbəsinə məxsus olmasına dair sənədləşməni aparmaq mümkün olmayıb. Museyibov 1030 kiloqram təbaşirin isə alınaraq təhsil şöbəsinin tabeciliyindəki orta məktəblərə paylandığını bildirib.

Xəbər lenti

Xəbər lenti