...

Aparıcı Azərbaycan boksçuları Çexiyadakı turnirdə çıxış edəcək

Cəmiyyət Materials 15 May 2007 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın boks üzrə yığmasının liderləri mayın 16-da Çexiyada start götürəcək beynəlxalq turnirdə iştirak edəcək.

Komandanın baş məşqçisi Məmməd Eyvazovun bildirdiyinə görə, heyətə Avropa çempionatının gümüş mükafatçısı Samir Məmmədov ( 54 kq), Elşən İsmayılov ( 57 kq), yığmanın kapitanı Şahin İmranov ( 60 kq), mundial-2005-in bürünc mükafatçısı Romal Amanov ( 64 kq), gənclər arasında dünya çempionu Fərhad Acalov ( 64 kq), Ruslan Xairov ( 69 kq), qitə birnciliyinin mükafatçıları Rahib Bəylərov ( 75 kq), Cavid Tağıyev ( 81 kq) və Elçin Əlizadə ( 91 kq) daxil edilib.

Məşqçi qeyd edib ki, yarışda Rusiya, Kuba və digər ölkələrdən olan dəri əlcək ustalarının iştirakı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti