...

Xarici tələbələr Bakıda konsert verəcək

Cəmiyyət Materials 15 May 2007 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /müx.TrendLife Eldar Hüseynzadə/Mayın 17-də Bakı Musiqi Akademiyasında xarici tələbələrin iştirakı ilə konsert təşkil olunacaq. Bu haqda Trendlife-a BMA-nın xarici əlaqələr və tərbiyə işləri üzrə prorektoru, əməkdar artist Yeganə Axundova xəbər verib.

Konsertdə Musiqi akademiyasında təhsil alan 30 xarici tələbədən 15-i iştirak edəcək. Onlar Türkiyə, İran, İzrail, ABŞ, Türkmənistan və Özbəkistanı təmsil edəcəklər. Konsertdə həm Azərbaycan, həm də xarici bəstəkarların əsərləri səslənəcək. Bunlar konkret olaraq Tofiq Quliyevin, Cuzeppe Verdinin, Antonina Dvorjakın, Astora Pyasolo və başqalarının əsərləri olacaq.

Xəbər lenti

Xəbər lenti