...

Kitabxanaların İnternetə çıxışı təmin olunacaq

Cəmiyyət Materials 16 May 2007 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may/müx. "TrendLife" Fərid Sadıxov

Rəsmi məlumatlara görə, hazırda ölkədə 12 minə yaxın kitabxana fəaliyyət göstərir. Lakin onların indiki vəziyyəti müasir tələblərdən çox geri qalır. Azərbaycan kitabxanalarının dünyaya çıxış imkanları barədə isə danışmağa dəyməz. Məsələn, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan 4 min kitabxanadan cəmi 29-da 1-2 sayda kompüter var. Cəmi 14 kitabxananın isə İnternetə çıxışı var. Kənd kitabxanalarında isə nəinki İnternet, heç kompüterlər belə yoxdur.

Kitabxanalarımızın acınacaqlı vəziyyətinin aradan qaldırılması və inkişafı üçün 2007-2011-ci illər üzrə Dövlət Proqramı təsdiqlənib. Proqramda digər problemlərin həlli ilə yanaşı kitabxanaların kompüterləşdirilməsi nəzərdə tutulur. "TrendLife"a verilən məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə kitabxanaların modernləşdirilməsi, müasir informasiya texnologiyaları ilə təmin edilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər planı hazırlayır. Həmin tədbirlərə uyğun olaraq bütün kitabxanalara kompüterlər veriləcək və onların İnternetə çıxışı təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti