...

Azərbaycanlı qrossmeyster: "Mənim üçün "M-Tel Masters" superturnirində qələbə çox vacibdir"

Cəmiyyət Materials 16 May 2007 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Mənim üçün "M-Tel Masters" superturnirində qələbə qazanmaq çox vacibdir". Bu sözləri azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Sofiyada keçirilən turnirlə bağlı fikirlərini açıqlayarkən bildirib. Qeyd edək ki, şahmatçımız turnirin birinci dövrəsinin nəticələrinə əsasən liderdir.

"chesspro.com" portalının məlumatına əsasən, həmyerlimiz etiraf edib ki, onun üçün məqsədə çatmaq asan olmayacaq. Bununla belə, Şəhriyar istəyi üçün əlindən gələni edəcəyini deyib. "Beş turdan sonra hesabımda 3,5 xalın olması hələ heç nə demək deyil. Mən normal start götürmüşəm, hər şey plan üzrə gedir, lakin mübarizəni sonadək aparmaq lazımdır. İrəlidə hələ beş tur var. Güman ki, Veselin Topalov da həmişə olduğu kimi ikinci dövrədə qüvvəsini artıracaq. Odur ki, əsas mübarizə irəlidədir" - deyə Məmmədyarov bildirib.

Qeyd edək ki, turnirdə həmçinin rumın Liviu-Diter Nisipyanu, hindistanlı Krişnan Saşikiran, ingilis Maykl Adams və amerikalı Qata Kamski iştirak edir.

Xəbər lenti

Xəbər lenti