...

Canəli Əkbərov bu gün konsert verəcək

Cəmiyyət Materials 16 May 2007 19:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /müx.Trendlife Eldar Hüseynzadə/Azərbaycanın xalq artisti, "Şöhrət" ordeni laureatı, tanınmış muğam ifaçısı Canəli Əkbərov bu gün solo-konsert verəcək. TrendLife-ın verdiyi məlumata görə, konsert Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Gecədə Azərbaycanın əməkdar artisti Ağəsəlim Abdullayevin rəhbərliyi ilə Milli instrumental ansambılımız çıxış edəcək. Gecədə həmçinin muğam, xalq və bəstəkar mahnıları ifa olunacaq. Onu da qeyd edək ki, C.Əkbərov Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir , "Leyli və Məcnun" (ibn Səlam) və "Əsli və Kərəm" operalarında baş rolların ifaçısıdır.

Xəbər lenti

Xəbər lenti