...

Sabiq iqtisadi inkişaf nazirinin işi üzrə məhkəmə davam edir – versiya 2

Cəmiyyət Materials 17 May 2007 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Ağır cinayətlərə dair işlər üzrə məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, Azpetrol şirkətlər qrupunun prezidenti Rafiq Əliyevin və daha 17 nəfərin cinayət işi üzrə məhkəməyə hazırlıq iclası cümə axşamı günün ikinci yarısı vəsatətlərin müzakirəsi ilə davam etdirilib.

F.Əliyevin vəkilləri Elton Quliyev və Ramiz Məmmədov onun barəsindəki cinayət işinin icrasına xitam verilməsi ilə bağlı təkrar vəsatət qaldırıblar. Sonra təqsirləndirilən şəxs Qədir Hüseynlinin vəkili Alı Mehdiyev də vəsatət verərək hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki həbs qəti imkan tədbirinin dəyişdirilməsini və cinayət işinin icraatına xitam verilməsini xahiş edib. Vəkil vəsatətini onunla əsaslandırıb ki, hələ həbs olunmazdan əvvəl Gədir Hüseynlinin onurğa sütununda cərrahiyyə əməliyyatı aparılıb və o, özünü yaxşı hiss etmir. Vəkil həmçinin Hüseynliyə qarşı irəli sürülmüş ittihamların ibtidai istintaq zamanı sübuta yetirildilmədiyini bildirib. Digər təqsirləndirilən şəxs Maarif Qurbanovun vəkili Samir İsayev də oxşar vəsatətlə çıxış edib. Məhkəmə iclası davam edir.

Xəbər lenti

Xəbər lenti