...

Azərbaycanın KİV və turizm şirkətlərinin nümayəndələri Acarıstana gedəcəklər

Cəmiyyət Materials 19 May 2007 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva / Mayın 21-27-də Acarıstan Muxtar Respublikasına (Gürcüstan) Azərbaycanın KİV və turizm şirkətləri nümayəndələrinin planlaşdırılan səfərinin əsas məqsədi Acarıstanın turizm potensialı ilə tanışlıqdır. Səfərin təşkilatçısı rolunda CASE - "Caspian Adventure Sport Extreme" şirkəti çıxış edir.

Proqrama Batumi-Kobuleti istirahət zonasının turizm və kurort potensialı ilə, habelə mədəniyyət abidələri, mehmanxanalar, sanatoriyalar və pansionatlarla tanışlıq daxildir.

KİV və turizm şirkətləri nümayəndələrinin həmçinin Acarıstan hökumətinin sədri Levan Varşalomidze ilə görüşü nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti