...

Qrunt sularının təmizlənməsi üçün 100 nasos quraşdırılıb

Cəmiyyət Materials 21 May 2007 14:35 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend müxbir E.Məmmədov/ Meliorasiya və Su Təsərrüfatı Komitəsinin Aşağı-Muğan Meliorativ Sistemlərin İstismarı İdarəsinin rəisi Firdovsi Rzayev bazar ertəsi bəyan edib ki, Kür çayının Salyan inzibati mərkəzi hissəsində suyun səviyyəsi 1 metr 50 sm qalxıb. Ona görə də evləri qrunt sularının basması qaçılmazdır.

Rzayev bildirib ki, komitə evlərin qrunt sularından təmizlənməsi üçün artıq 24 nasos quraşdırıb. Onun sözlərinə görə, digər qurumlar və sakinlərlə birgə, qrunt sularının təmizlənməsi üçün ümumilikdə 100 nasos quraşdırılıb.

Kürün aşağı hissəsində suyun səviyyəsi ən çox 2003-cü ildə qalxıb. Həmin il Kürdə saniyədə 1800 kubmetr su keçib.

Salyan paytaxt Bakıdan 115 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti