...

Telefon kompaniyası "sponsorluğu"

Cəmiyyət Materials 21 May 2007 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /müx.TrendLife Vüqar Vüqarlı/Yəqin ki, anladız söhbət kimdən gedəcək. Xalq artisti Mübariz Tağıyevdən. Keçən gecə "Maşın-şou"da həm iştirakçıların, həm də tamaşaçıların dəstəyi ilə Mübariz Tağıyev oyunda qaldı. Və sonda əziz müğənni oyunçunun birini Valeh Kərimovu necə deyərlər, "yedi". Tağıyevə "qalsın" deyənlərin sayı 95% təşkil edirdi. Əgər səhv etmirəmsə, "Maşın-şou"da tək Elşad Xose 90% səs toplamışdı. Onu da qeyd edim ki, Mübariz müəllimə (Don Mübariz) "getsin" deyənlərin sayı 70%-dir.

Əlavə edim ki, Valeh müəllim günortadan bilirdi ki, oyunda növbəti qurban o olacaq. Ancaq Mübariz müəllimin "blatı" o qədər möhkəm idi ki, "Moşu" ilə mübahisə etmək alınmadı. Sonda Moşu çıxdı, cənab Tağıyev şouda qaldı. Beləliklə, Mübariz müəllimə nəinki "Yeni ulduz" müsabiqəsində dostlaşdığı "Bakcell", həmçinin "Azərcell" də o gecə də dəstək oldu. Hər iki kompaniyanın dəstəyi ilə müğənni özünə dəstək qazandı, hətta əsl mafiozlar ona paxıllıq edə bilərdi.

Onu da qeyd edək ki, Rafael Dadaşov oyundan çıxanda hamı elə bilirdi ki, o "sındı". Ancaq heç kəs Mübariz müəllimi sındıra bilmədi. Göstəricilərə görə "Maşının" yerinə hind kinosuna baxılsaydı, bundan yaxşı idi. Onu da risk eləyib deyim ki, bu yaxınlarda öz yerləri ilə Murad və Mehriban Xanlarova vidalaşacaqlar. Mübariz müəllimə gəldikdə isə, o, artıq üçlüyə daxildir. İndi artıq Xəyyam Nisanov və Vado Karovinlə daha bir güclü rəqib - Mübariz maşın üzərində mübarizə aparacaqlar.

Xəbər lenti

Xəbər lenti