Azərbaycan, Bakı, 23 may /müx.TrendLife Eldar Hüseynzadə/İyunun 2-dən Mədəniyyət və Turizm Nazirliyinin, Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakıda Yaponiya Mədəniyyət günləri, dəqiq desək, yapon kuklalarının sərgisi keçiriləcək. TrendLife-ın verdiyi məlumata görə, sərgi İçərişəhərdə Mədəniyyət və Turizm Nazirliyinin sərgi salonunda açılacaq və iyunun 30-na qədər davam edəcək.
Onu da qeyd edək ki, Yaponiyada kuklalarla nənki uşaqlar, hətta böyüklər də oynayırlar. Bu kuklalar dini-simvolik üslubdadır.