...

"MKT-Araz" UEFA Kubokunda oynamaq ümidini itirməyib

Cəmiyyət Materials 23 May 2007 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycan Kubokunun finalına yüksələn "MKT-Araz" avrokuboklarda iştirak etmək şansına malikdir.

AFFA-dan verilən məlumata görə, komandaya növbəti mövsüm üçün lisenziya verilib. Qeyd edək ki, bir müddət öncə federasiyanın müvafiq strukturu İmişli təmsilçisinin vergi orqanlarına borclarının olduğunu əsas gətirərək lisenziya verməkdən imtina etmişdi. Lakin sonradan klub rəhbərliyi müvafiq qərarla bağlı şikayət verib və AFFA-nın Apellyasiya Komitəsi vəziyyəti araşdıraraq "MKT-Araz"a lazımi sənəd verməyi məqsədəuyğun sayıb. Klubun iyunun 15-dək AFFA-ya bütün çatışmayan sənədləri təqdim etmək üçün vaxtı var. Əks halda lisenziya ləğv ediləcək.

Qeyd edək ki, Kubokun finalında "MKT-Araz" "Xəzər-Lənkəran"ı məğlub etsə, UEFA Kubokunda vəsiqə qazanacaq.

Xəbər lenti

Xəbər lenti