...

Azərbaycanın təhsil naziri: "Özəl ali məktəblərdə təhsilin keyfiyyəti hökuməti qane etmir"

Cəmiyyət Materials 23 May 2007 16:17 (UTC +04:00)
Azərbaycanın təhsil naziri: "Özəl ali məktəblərdə təhsilin keyfiyyəti hökuməti qane etmir"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın təhsil naziri Misir Mərdanov çərşənbə günü bəyan edib ki, ölkədə özəl ali məktəblərdə təhsilin keyfiyyəti ictimaiyyəti və hökuməti qane etmir. Nazirin sözlərinə görə, bir neçə özəl ali məktəbi çıxmaqla qalan hamısı keyfiyyətli təhsil vermək üçün deyil, başqa amillər üçün fəaliyyət göstərir. Ona görə də Təhsil Nazirliyi özəl ali məktəblər üzərində nəzarətini gücləndirib.

"Keyfiyyətli təhsil verən özəl ali məktəblərə yaşıl işıq yandırılacaq. Əks halda müvafiq tədbirlər görüləcək" - deyə nazir bildirib.

Azərbaycanda 10-dan artıq özəl ali məktəb qeydiyyata alınıb.

Xəbər lenti

Xəbər lenti