Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş silsilə tədbirlər keçirəcək. Bu barədə şənbə günü Dövlət Komitəsinin sədri Hicran Hüseynova məlumat verib.
Mayın 30-da Səhiyyə Nazirliyi ilə birlikdə Bakının Montin qəsəbəsində yerləşən
Uşaq stomotoloji xidmət mərkəzində xüsusi ehtiyaclı uşaqların birgünlük stomotoloji müayiənə və müalicəsi aparılacaq. İyunun birində "Elit" ticarət və əyləncə mərkəzində uşaqların müdafiə gününə həsr olunmuş konsert keçiriləcək. Həmin gün Azərbaycan Futuroloqlar Assosiasiyası ilə birlikdə Təhsil Nazirliyində tədbir keçiriləcək və orada "Gələcək nəsillərlə üz-üzə" inşa müsabiqəsinin qalibləri elan ediləcək.