...

Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi: "QHT-lərin qeydiyyatı ilə bağlı problem tam həll olunub" (video)

Cəmiyyət Materials 29 May 2007 14:15 (UTC +04:00)
Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi: "QHT-lərin qeydiyyatı ilə bağlı problem tam həll olunub" (video)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun Trend ə eksklüziv müsahibəsindən hissə

- Avropa Məhkəməsi ilə neçə şikayətlə bağlı kommunikasiya aparılır?

- Cari ilin yanvarınadək Azərbaycana qarşı Avropa Məhkəməsinə 1500-dək şikayət daxil olub. Şikayətlərin böyük əksəriyyəti rədd olunub. 200 şikayət baxılmaq üçün Komitələrə verilib. Digərləri isə rədd olunub. Azərbaycana qarşı verilmiş şikayətlərdən bugünə kimi yalnız 46 şikayət üzrə bizə bildiriş göndərilib, kommunikasiya verilib. 16 şikayət barədə qərar çıxarılıb. Onlardan üçü Azərbaycana qarşı qərardır, 13-ü rədd olunub. Hazırda 30 iş üzrə Avropa Məhkəməsi ilə yazışma aparılır. Onların əksəriyyəti ilə bağlı Avropa Məhkəməsi tərəfindən baxışın birinci mərhələsi başa çatıb.

Şikayətlər arasında Konvensiya ilə qorunan müxtəlif hüquqların pozulması ilə bağlı şikayətlər var. Əvvəllər Konvensiyanın 11-ci maddəsinin (yığıncaqlar və birləşmək azadlığı) pozuntusu ilə bağlı şikayətlər çox idi. Hazırda bu şikayətlərin sayı azalıb. Bu hüququn pozulması demək olar ki, baş vermir. Azalma Azərbaycanda Qeyi-Hökumət Təşkilatlarının qeydiyyatı ilə bağlı yeni qanunvericiliyin qəbulu ilə izah olunmalıdır. 2003-cü ilin dekabrında QHT-lərin qeydiyyat sistemi yeni qanunla tamamilə dəyişib. Onların qeydiyyatı ilə bağlı bütün problemlər yeni qanunla həllini tapıb. Avropa Məhkəməsinə bununla bağlı daxil olmuş 11 şikayət 2003-cü ildən əvvəlki dövrü əhatə edir.

3-cü maddənin (işgəncələrin qadağan olunması) pozulması ilə bağlı 2-3 şikayət var. Bu şikayətlər Avropa Məhkəməsi tərəfindən qeyri-mümkün hesab olunub.

İstintaq altında olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı ATƏT-in yerli ofisi ilə qanun layihəsi hazırlanıb, Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Bu qanunun qəbulu ilə həmin sahədə boşluqlar və problemlər aradan qaldırılacaq. Bunu Sərdar Cəlaloğlunun işi ilə bağlı hökumət tərəfindən görülmüş tədbir hesab etmək olar.

Qərarların hamısı 6-cı maddəyə (ədalətli məhkəmə hüququ) toxunur. Bu da təbiidir. Avropa Məhkəməsinə göndərilən şikayətlər ilk növbədə yerli məhkəmələdən keçməlidir. Burada iki tərəf olduğundan tərəflərdən biri mütləq məhkəmədən narazı qalacaq. Həmin hüququn pozulduğu vətəndaşın apellyasya, kassasiya şikayətlərində qeyd olunmayıb. Bununla da ölkədaxili hüquqi vasitələrin tükəndirilmədiyi üzə çıxır.Lakin qeyd olunan pozuntularla bağlı şikayətlər sistemli xarakter daşımır. Şikayətlərin təhlili zamanı belə bir nəticə əldə olunmayıb. Belə bir problem QHT-lərin qeydiyyatı ilə bağlı idi və bu da həllini tapıb. Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət) və 9-cu (fikir, vicdan və din azadlığı) maddələrinin pozuntusu ilə bağlı şikayətlər yoxdur.

Xəbər lenti

Xəbər lenti