...

Azərbaycan prezidenti Bakı merinin azanın səsgücləndirici ilə oxunmasına qadağa barədə qararını ləğv edib

Cəmiyyət Materials 29 May 2007 18:13 (UTC +04:00)
Azərbaycan prezidenti Bakı merinin azanın səsgücləndirici ilə oxunmasına qadağa barədə qararını ləğv edib

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Çərşənbə axşamından etibarən Bakı şəhər İcra Hakimiyyətinin azanın səsgücləndiricilərlə oxunmasına qadağası ləğv olunub. Bunu mətbuat konfransınada Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. Onun sözlərinə görə, dövlət başçısı öz qərarını bu gün Qafqaz müsəlmanlarının dini lideri ilə görüşdə açıqlayıb. Şeyxülislam söyləyib ki, azan iki üsulla veriləcək: səsgücləndiricilərin köməyi ilə və canlı. Onun sözlərinə görə, yerləşməsindən asılı olaraq - dövlət qurumlarının, xəstəxana, məktəb və qocalar evinin yaxınlığında olan məscidlərdə azanın verilməsi QMİ-nin nəzarətində olacaq.

Ötən həftə şəhər İcra Hakimiyyəti tərəfindən azanın verilməsində səsgücləndiricilərdən istifadəyə qadağa qoyulmuşdu ki, bu da Azərbaycanda fəaliyyət göstərən din xadimləri və təşkilatlarında mənfi rezonans doğurmuşdu, Onlar etiraz aksiyalarının keçirilməsinə hazırlaşırdılar.

Xəbər lenti

Xəbər lenti