...

Azərbaycan Vəkillər Kollegiyası Səbayel rayon məhkəməsinə ünvanladığı müraciəti geri götürüb

Cəmiyyət Materials 30 May 2007 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycan Vəkillər Kollegiyası Səbayel rayon məhkəməsinə ünvanladığı müraciəti geri götürüb. Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov çərşənbə günü Trend ə bildirib ki, Rəyasət Heyətinin qərarı ilə İsmayıl Zərgərlinin vəkillik fəaliyyətinə xitam verilib. Nəcəfovun sözlərinə görə, məhkəməyə müraciətdən sonra Zərgərli hüquq məsləhətxanalarının birində vəkillik fəaliyyəti ilə məşgul olmaq istəyini bildirib. Bundan sonra Vəkillər Kollegiyası onun müraciətinə müsbət cavab verib və Zərgərlinin təyinatını 11 saylı hüquq məsləhətxanasına verib. Bu səbəbdən də Səbayel rayon məhkəməsinə verilmiş müraciət geri götürülüb. Zərgərlinin vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərar onun vəkil kimi fəaliyyət göstərməməsi ilə əlaqədar qəbul olunmuşdu.

Bu il məhkəmənin qərarı ilə Vəkillər Kollegiyasından bir vəkil xaric olunub.

Ötən il isə 3 vəkilin vəkillik fəaliyyətinə xitam verilib. Namizəd Səfərov, Lətifə Əliyeva, Eldar Qurbanov vəkillik fəaliyyətləri zamanı pozuntulara yol verdikləri üçün məhkəmə qərarı ilə Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilib.

Hazırda Azərbaycanda vəkillik fəaliyyəti ilə 540-dan artıq hüquqşünas məşğul olur.

Xəbər lenti

Xəbər lenti