...

Cari ilin 5 ayında 109 nəfər itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilib

Cəmiyyət Materials 1 İyun 2007 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası cari ilin 5 ayında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 109 nəfərin taleyinə aydınlıq gətirilib və onların adları itkinlərin siyahısından çıxarılıb. Komissiyadan cümə günü Trend ə bildirilib ki, iyunun 1-dək əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin sayı 4466 nəfər təşkil edir. Onlardan 3589 nəfər hərbçi, 868 nəfər mülki şəxslərdir (9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil).

Mülki şəxslərdən 51 nəfər uşaq (17 nəfər azyaşlı qız), 382 nəfər yaşlı şəxsdir (174 nəfər qadın). Əsir, itkin düşmüş 4466 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə Komissiyaya məlumatlar daxil olub, şahid ifadələri alınıb..

Əsir və girovluqdan 1391 nəfər azad edilib. Onlardan 343-ü qadın, 1047-si kişi, 168-i uşaq (65 nəfər azyaşlı qız), 289-u isə qocadır (112 nəfər yaşlı qadın).

Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 451 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 86-sı qadın, 365-i kişidir. 124 nəfərin yalnız adı məlumdur, 67 nəfər isə naməlum şəxslərdir.

Xəbər lenti

Xəbər lenti