...

Zaqatalada Azərbaycan-Rusiya ekoloji forumu keçirilib

Cəmiyyət Materials 1 İyun 2007 19:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Bu gün Zaqatalada 2007-2008-ci illər mədəniyyət layihələrinin müştərək inkişafı proqramı çərçivəsində forum keçirilib. Bu proqram Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyasının Mədəniyyət və Kinematoqrafiya Nazirliyi arasında imzalanıb. TrendLife-ın verdiyi məlumata görə, forumun mövzusu belədir: "Ekoloji problemlərin həllində və ekoloji tərbiyənin inkişafında kitabxanaların rolu". Bu haqda TrendLife-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov xəbər verib.

Hazırkı forumda Şəki, Qəbələ, Qax, Bəlakən, Oğuz və Zaqatala rayonlarının icra başçıları, mədəniyyət şöbələrinin rəhbərləri iştirak edir. Foruma Əbülfəz Qarayev başçılıq edir. Bu tədbirdə həmçinin Rusiya Elmlər Akademiyası nümayəndələrinin ekologiya mövzusunda məruzələri səslənib. Zaqatala və İsmayıllı zonaları haqqında filmlər nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti