...

Müstəqil Azərbaycan Universitetinin rektoru cərimə cəzasından azad oluna bilər

Cəmiyyət Materials 5 İyun 2007 13:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Müstəqil Azərbaycan Universitetinin rektoru Abbas Mustafayev məhkəmənin hökmü ilə kəsilmiş cərimə cəzasından azad oluna bilər. Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Talıbov çərşənbə axşamı Trend ə bildirib ki, Mustafayevin əməli Amnistiya Aktının təsirinə düşür. Rektorun Amnistiya ilə bu cəzadan azad olunması mümkündür. Binəqədi Rayon Məhkəməsinin məhkəmə icraçıları şöbəsinin əməkdaşı Cavid Məmmədyarov Trend ə bildirib ki, hökm dünən icra üçün ona verilib. Məmmədyarov da Mustafayevin törətdiyi cinayətin Amnistiya Aktının təsirinə düşdüyünü təsdiqləyib. Bildirib ki, Cinayət -Prosessual Məcəllənin 515-ci maddəsinin tələbinə görə, məhkumun onun barəsində Amnistiya Aktının tətbiq olunmasından imtina etmək ixtiyarı var: "Bizdə olan məlumata görə, Mustafayev Azərbaycanda deyil. O, burada olmadığından ona Amnistiya tətbiq oluna bilməz. Həmçinin məhkumun Amnistiyanın tətbiqi barədə razılığı olmalıdır. Hələlik onun barəsindəki məhkəmə qərarı icra olunmayıb".

Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirli bilinən Mustafayev Binəqədi Rayon Məhkəməsinin hökmü ilə şərti maliyyə vahidinin 2000 misli məbləğində cərimələnib.

Baş Prokurorluq Mustafayev barəsində təyin olunan cəzanı yüngül hesab etdiyindən hökmün dəyişdirilməsi üçün apellyasiya protesti vermişdi. Apellyasiya Məhkəməsi də Binəqədi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xəbər lenti

Xəbər lenti