...

Azərbaycanın iki yüngül atleti olimpiada normativlərini yerinə yetirib

Cəmiyyət Materials 5 İyun 2007 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend Z.Səfərov/Azərbaycanın yüngül atletləri Ruslan Abbasov və Ramil Quliyev Azərbaycanda başa çatmamış çempionatda olimpiada normativlərini yerinə yetirib.

Milli Federasiyanın prezidenti Çingiz Hüseynzadənin məlumatına əsasən, idmançılar 200 metrə qaçışda zaçot nəticələri göstərib və beləliklə də milli rekord vurublar. Onların göstəriciləri Beynəlxalq Federasiyaya (IAAF) göndərilib. Federasiya göstəricini qeydiyyata almalıdır, bu da yüngül atletlərə Pekində çıxış etmək hüququ verəcək.

Hüseynzadə hesab edir ki, idmançılar 400 və 100 metr qaçış sprinter məsafələrinə lisenziya üçün də mübarizə aparmaq gücündədir. Atletlər növbəti olimpiada normativlərini IAAF-ın himayəsi altında keçirilən beynəlxalq yarışlarda yerinə yetirə bilər. Belə ki, mövsümün qızğın çağıdır.

Xəbər lenti

Xəbər lenti