Azərbacan, Bakı/müxbir Trend Z.Səfərov/ "Əgər mən desəm ki, biz Azərbaycan yığmasının qapısındın üç qol vurmaq iqtidarındayıq, onda bu özündən razılıq olardı" - deyə aparıcı qazax oyunçularından biri Samat Smakov 6 iyun tarixində Almatada keçiriləcək Avropa-2008 çempionatının seçim oyunundan əvvəl bildirib.
Trend in Qazaxıstan KİV-inə əsasən verdiyi məlumata görə, futbolçu qeyd edib ki, məşqlərdə ev sahibinin məşqçisi Arno Paypers standart vəziyyətlərin oynanılmasına böyük diqqət ayırır. Smakov həmçinin qeyd edib ki, Qazaxıstan yığmasının Şahin Diniyevin yetirmələrilə təkbətək görüşə dörd müdafiəçi ilə çıxmaq ehtimalı böyükdür, belə ki, görüşün bu formasına yığma artıq alışıb. Qeyd edək ki, ötən oyun zamanı qonaqlar Andre Ladaqinin vurduğu cərimə zərbəsi ilə oyunu heç-heçə başa vurmuşdular.